Bakı-2015 - I Avropa Oyunlarının Atletlər kəndində Azərbaycanın və Avropa Olimpiya Komitəsinin (AOK) bayraqları qaldırılıb. Apasport.az saytının məlumatına görə, ardınca ölkəmizin və qitə olimpiya təşkilatının himnləri səsləndirilib.
Tədbirdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimov və AOK-un prezidenti Patrik Hikki çıxış ediblər. Onlar yarışda çıxış edəcək idmançılara uğurlar arzulayıblar.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məşəli idmançıların məskunlaşdığı kəndə gətirib.
O, səhnəyə çıxaraq çıxış edib.
Tədbir bədii hissə ilə davam etdirilib.