Atəşkəs 16 dəfə pozulub
12 avqust 2014 10:14 (UTC +04:00)

Atəşkəs 16 dəfə pozulub

0

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 16 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Sarıcalı, Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 697

Oxşar yazılar