Atasını öldürən tələbə Ali Məhkəməyə müraciət edib
15 iyun 2019 10:09 (UTC +04:00)

Atasını öldürən tələbə Ali Məhkəməyə müraciət edib

Bakıda atasını öldürən Laçın Novruzov Ali Məhkəməyə müraciət edib. 
 
APA-nın məlumatına görə, L. Novruzov məhkəməyə ünvanladığı kassiya şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib. Şikayət hakim Tahir Kazımovun icraatına verilib. Məhkəmə baxışı yaxın günlərdə təyin ediləcək. 
 
Qeyd edə ki, qətl 2017-ci ilin yanvarın 4-də, gecə saat 23:00-da Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində baş verib. Laçın Novruzov yaşadıqları evdə 1965-ci il təvəllüdlü atası Mehman Məmmədovla mübahisə edib. Mübahisə Mehman Məmmədovun içki içməsindən qaynaqlanıb. Laçın atasına 20 bıçaq zərbəsi endirib. Mehman hadisə yerində vəfat edib. 
Asəf Zeynallı adına Musiqi Kollecinin 3-cü kurs tələbəsi olan Laçın Novruzov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laçın Novruzov 10 il müddətə azadlıqdan məhrum edilib.
 
Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxsin şikayətini təmin etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15