Maşınla camışı vurdu, sərnişin öldü
0
0
Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Lənkəran şəhər sakini Zaur Mustafa oğlu Hacıyevin idarə etdiyi “LADA" markalı minik avtomobil yolun hərəkət hissəsində dayanan camışa çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
0
0