Evə soxulub ana və qızına hücum etdilər <span style="color:red;">- AZƏRBAYCANDA
10 dekabr 2014 14:08 (UTC +04:00)

Evə soxulub ana və qızına hücum etdilər - AZƏRBAYCANDA

0

Şirvanda maskalı şəxslər evə hücum çəkib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, dekabrın 9-da saat 02 radələrində Maya Mirzəyevanın yaşadığı evə qapını sındırmaq yolu ilə girən maskalı şəxslər onu və qızı Sevinci bıçaqla hədələyərək evdən qızıl əşyalar götürüb hadisə yerini tərk edib.

Şirvan rayon polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən şəhər sakini İsrail Vəliyev tutulub.

Faktla bağlı araşdırılma aparılır. Cinayətin iştirakçısı olan digər şəxslərin də tutulması üçün tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar