Ana və iki azyaşlı övladı dəm qazından ZƏHƏRLƏNDİ
Bakıda ana və iki azyaşlı övladı dəm qazından zəhərlənib.
ONA-nın məlumatına görə, hadisə Binəqədi şosesi döngə 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan ana və iki uşaq gecə saat 1 radələrində dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıblar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-ya bildirilib ki, göstərilən yardımdan sonra onların vəziyyətləri stabilləşib. Ananın 28, övladlarının 4 və 6 yaşı var.
617