Gəncə şəhər sakini doğuş zamanı xəstəxanada dünyasını dəyişib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Gəncə şəhər Regional Perinatal Mərkəzdə baş verib. Şəhər sakini, 1981-ci il təvəllüdlü Ricai Fərqanə İsmət qızı doğuş üçün xəstəxanaya gətirilib və bir müddətdən sonra dünyasını dəyişib. Hadisənin başvermə səbəbləri açıqlanmır. Gəncə şəhər Prokurorluğundan faktla bağlı araşdırma aparıldığı bildirilib.
Məlumata görə, F. Ricai ikinci uşağını dünyaya gətirəcəkmiş.