Xəstəxananın qarşısına atılan 7 günlük körpə evdə doğulubmuş  - YENİLƏNİB
12 sentyabr 2016 16:50 (UTC +04:00)

Xəstəxananın qarşısına atılan 7 günlük körpə evdə doğulubmuş - YENİLƏNİB

0

Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısına atılan körpə oğlanın evdə doğulduğu məlum olub. Lent.az Report-a istinadən xəbər verir ki, körpənin üzündə və bədəninin müxtəlif yerlərində doğuş zamanı əmələ gəlmiş zədələr mövcuddur. Onun çəkisi 2,5 kq, boyu isə 42 sm-dir. 

 

**

14:35

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva Lent.az-a açıqlamasında deyib ki, xəstəxananının doğum şöbəsinin qarşısına atılmış körpə hazırda izolyasiya şəkilində saxlanılır: “Neonatoloqlar tərəfindən bütün müayinələri ediləcək. Daha sonra Gəncədə uşaq evlərindən hansında boş yer olsa, ora verəcəyik. Valideynlərinin kim olması haqda isə heç bir məlumat yoxdur”.

***

 

13:38

Bərdə Rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, körpə artıq müayinədən keçirilib, səhhətində heç bir problemi yoxdur. 
 
Şöbədən onu da qeyd ediblər ki, körpə xəstəxananın göstərişi ilə Gəncə şəhərindəki uşaq evlərindən birinə veriləcək. Körpənin valideynlərinin kimliyi isə hələ ki bəlli deyil.

 

**

13:22

Bərdədə ana yenidoğulan uşağını atıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 11-də Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin girişində yeni doğulmuş (təhminən 7 günlük) oğlan uşağı tapılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar