Bakıda Almaniya vətəndaşı Vüsal Şilderin ölümündə adı hallanan daha bir şəxs həbs olunub. Lent.az-ın qafqazinfo.az-a istinadən verdiyi məlumata görə, daha əvvəl də Vüsal Şilderin qətlində şübhəli kimi mətbuatda adı çəkilən İlham Zahid oğlu Məmmədov saxlanılıb.
Polis zabiti olan İlham Məmmədovun həbs olunması üçün haqqında axtarış elan olunmuşdu. Ailə-məişət zəminində baş verən cinayət hadisəsində indiyə qədər şübhəli şəxs qismində Şabran rayon sakini, əvvəllər iki dəfə məhkum olunmuş Elman İsgəndərov, Ağdaş rayon sakini Rüfət Zakirov, həmçinin Abşeron rayon sakini Seymur Talıbov saxlanılıb.
Xatırladaq ki, Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf oğlu mayın 2-də paytaxtın Nərimanov rayonu ərazisində yaşadığı evin yaxınlığında bıçaqlanmış, xəstəxanaya aparılarkən dünyasını dəyişmişdi.(