Almaniya vətəndaşı Bakıda qəza törətdi
08 dekabr 2014 22:30 (UTC +04:00)

Almaniya vətəndaşı Bakıda qəza törətdi

0

Lent.az-ın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb. Almaniya vətəndaşı Hikmet Yiğitdöl idarə etdiyi "Range Rover"lə  Fərid Qasımovun idarə etdiyi "Mercedes"i arxadan vurub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

 

Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "Range Rover"in sürücüsü Hikmet Yiğitdölun işıqforun qırmızı işığına məhəl qoymaması səbəb olub.

 

Hadisə ilə bağlı yekun qərar yaxınlıqdakı "Təhlükəsiz Şəhər" (TŞ) kamerasına baxıldıqdan sonra veriləcək. Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

 

Fərahim Qasımov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar