Ali Hərbi Məktəbinin sabiq rəisinin məhkəmə istintaqı başa çatıb
29 iyun 2015 14:34 (UTC +04:00)

Ali Hərbi Məktəbinin sabiq rəisinin məhkəmə istintaqı başa çatıb

 Bakı Hərbi Məhkəməsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi, polkovnik Mirzəli Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın məlumatına görə, iclasda məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Daha sonra dövlət ittihamçısına çıxış etmək təklif olunub, lakin o, çıxışa hazır olmadığı üçün proses təxirə salınıb.

 

Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar