23 baş qoyun və 9 baş keçini oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakinləri Ş.Mehdiyev və V.Vahidov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Kürdəmir RPŞ və Ağsu RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-nə keçən gecə Kürdəmir rayonunun Pirili kəndindəki evlərin birinin həyətindən 23 baş qoyun və 9 baş keçini oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakinləri Ş.Mehdiyev və V.Vahidov saxlanılıblar.