Ağstafada maşın aşdı, sürücü yaralandı
21 mart 2016 00:52 (UTC +04:00)

Ağstafada maşın aşdı, sürücü yaralandı

0

Ağstafada sürücünün yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Soyuqbulaq kəndi ərazisində qeydə alınıb. Ağstafa şəhər sakini, 1993-cü il təvəllüdlü Emir Zeynalov idarə etdiyi “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.

 

Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar