Ağdaşda tarixi abidədə yanğın: <span style="color:red;">5 yaşlı qız öldü  - <span style="color:red;">YENİLƏNİB
25 avqust 2016 20:17 (UTC +04:00)

Ağdaşda tarixi abidədə yanğın: 5 yaşlı qız öldü - YENİLƏNİB

Ağdaş şəhərində bir nəfərin ölümü ilə nəticələnən yanğın 19 əsrdə tikilmiş, ümumi sahəsi 1690 kv. metr olan “Qarabəy karvansarayı” tarixi abidənin yaşayış hissəsində baş verib.

 

APA-nın Şirvan bürosunun məlumatına görə, rayon sakini 1971-ci il təvəllüdlü Fərrux Qurbanova məxsus sahəsi 28 kvadratmetr olan bir otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün FHN-nin iki yanğınsöndürən avtomobili cəlb olunub. Hadisə zamanı ev, içərisində olan əşyalarla birlikdə yanıb. Ev sahibinin qızı 2011-ci il təvəllüdlü Şəfiqə Qurbanova tüstüdən boğularaq dünyasını dəyişib.

 

Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.  

 

Yanğının genişlənməsinin qarşısı alınıb və tarixi abidə yanğından mühafizə edilib.

 

Qeyd edək ki, binada ona yaxın ticarət və iaşə obyektləri fəaliyyət göstərir.     

 

 

**** 19.17

 

 

Ağdaş rayonunda binalardan birində yanğın hadisəsi baş verib.

 


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən məlumatına görə, ümumi sahəsi 1690 m2 olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 29 m2 olan mənzilin mətbəxində 9 m2 sahədə məişət əşyaları yanıb.  

 

Yanğının kəşfiyyatı zamanı ev sahibinin qızı, 2011-ci il təvəllüdlü Qurbanova Şəfiqə Fərrux qızının cəsədi aşkar olunaraq aidiyyatı üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.  Yanğın saat 16:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1589
avatar

Oxşar yazılar