<b>Ağdamın icra başçısı: <span style="color:red;">"Heç bir təşviş yoxdur” </b>
02 aprel 2016 15:07 (UTC +04:00)

Ağdamın icra başçısı: "Heç bir təşviş yoxdur”

 

"Hazırda icra aparatının əməkdaşları kəndlərdə, yerli əhali arasındadır".

 

Bunu APA-ya açıqlamasında Ağdamrayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

 

İcra başçısı rayon ərazində 94 min nəfər əhali yaşadığını, rayon icra hakimiyyəti aparatı əməkdaşlarının gecə saatlarından etibarən bütün cəbhəyanı yaşayış məntəqələrində olduqlarını bildirib: " Heç bir təşviş yoxdur. Adamlar öz evlərində gündəlik məişət qayğıları ilə məşğuldur. Heç kim evini tərk etmək barədə düşünmür. Əksinə, əhalidə ruh yüksəkliyi var. Torpaqların azad olunmasına hər an hazırıq".

 

İcra başçısı bildirib ki, əhali nəinki kəndləri tərk etmək istəyir, əksinə istər gənclər, istərsə də yaşlılar müraciət edib orduya qoşulmaq istədiklərini deyirlər: " Ağdamlılar hər an Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildirirlər".

 

Qeyd edək ki, bu gün erməni mediası Azərbaycanın cəbhəyanı bölgələrində əhalinin evlərini tərk etməsi barədə təxribat xarakterli məlumatlar yayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310

Oxşar yazılar

Bacı qardaşı bıçaqladı

Bacı qardaşı bıçaqladı

30 avqust 2025 , 21:13
Xocalıda yanğınlar  başladı

Xocalıda yanğınlar başladı

30 avqust 2025 , 20:37
Ailə üzvləri kişinin meyitini bağdan tapdılar - Ağstafada DƏHŞƏT

Ailə üzvləri kişinin meyitini bağdan tapdılar - Ağstafada DƏHŞƏT

30 avqust 2025 , 19:33
Bakıda maşın piyadanı vurdu

Bakıda maşın piyadanı vurdu

30 avqust 2025 , 18:13
Bakıda taksi şirkətinin  ofisi qarət olundu

Bakıda taksi şirkətinin ofisi qarət olundu

30 avqust 2025 , 17:47
Gəncədə maşın 15 yaşlı qızı vurdu

Gəncədə maşın 15 yaşlı qızı vurdu

30 avqust 2025 , 17:03
Polis şöbəsində müəmmalı ÖLÜM

Polis şöbəsində müəmmalı ÖLÜM

30 avqust 2025 , 12:29
Kürdəmirdə sürücü qəzada öldü  - Əvvəl "Jiquli"yə, sonra dükana çırpıldı

Kürdəmirdə sürücü qəzada öldü - Əvvəl "Jiquli"yə, sonra dükana çırpıldı

30 avqust 2025 , 11:19