APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün İmamqulubəyli məcburi köçkün qəsəbəsində yaşayan Papravənd kəndindən məcburi köçkün Sərxan Süleymanovun intihara cəhd etməzdən əvvəl bıçaqlanma hadisəsi törətdiyi məlum olub.
S. Süleymanov Göyçay rayon sakini olan Nəsib adlı şəxsə 4 bıçaq zərbəsi vurub. Həmin şəxs xəstəxanaya yerləşdirilib.
Göyçay rayon sakininin ailə üzvləri ilə birgə S. Süleymanovun bacısına elçi gəldiyi bildirilib. Yaxınlarından birinin yenicə dünyasını dəyişdiyini, yas saxladıqlarını deyən Sərxan əsəbiləşərək onu bıçaqlayıb.
Qeyd edək ki, bu gün İmamqulubəyli məcburi köçkün qəsəbəsində yaşayan Papravənd kəndindən məcburi köçkün Sərxan Süleymanov ov tüfəngi ilə özünə atəş açacağını bildirib.
Hadisə yerinə gələn polis əməkdaşları onu fikrindən daşındırmağa cəhd ediblər. Danışıqlardan sonra S. Süleymanov silahı polislərə təqdim edib.
İntihar cəhdini qəsəbə sakinlərindən biri ilə aralarında yaranan münaqişə ilə əlaqələndirən S. Süleymanov rayon Polis Şöbəsinə aparılıb.
Ağdam Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Sərxan Süleymanov intihara cəhdinin dəqiq səbəbini hələlik açıqlamır. Ağdamsakininin etirazına səbəb olan şəxsin axtarışı elan olunub.
14: 37
Ağdamda insident baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə İmamqulubəyli məcburi köçkün qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yaşayan Papravənd kəndindən məcburi köçkün Sərxan Süleymanov ov tüfəngi ilə özünə atəş açacağını bildirib.
Hadisə yerinə gələn polis əməkdaşları onu fikrindən daşındırmağa cəhd ediblər. Danışıqlardan sonra S. Süleymanov silahı polislərə təqdim edib.
İntihar cəhdini qəsəbə sakinlərindən biri ilə aralarında yaranan münaqişə ilə əlaqələndirən S. Süleymanov rayon Polis Şöbəsinə aparılıb.
Ağdam Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Sərxan Süleymanov intihara cəhdinin dəqiq səbəbini hələki açıqlamır. Ağdamsakininin etirazına səbəb olan həmyerlisinin axtarışı elan olunub.