Ağdam polisi bu gecə oğurlanan iribuynuzlu heyvanların izi ilə gedərək, 5 gün əvvəl oğurlanan xırda buynuzlu heyvanları da tapıb.
Ağdam Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov APA-ya açıqlamasında bildirib ki, fevralın 8-də səhər saat 06:00 –da rayonun Əfətli kənd sakini Əliyev Zahid Novruz oğlu, 3 baş iribuynuzlu heyvanının oğurlanması barədə polis şöbəsinə məlumat verib. Əməliyyat qrupu dərhal oğurlanmış heyvanların izinə düşüb. Axtarış tədbirləri nəticəsində oğurlanmış mal-qara Ağcabədi rayonunun Kürdlər kənd sakini, 1980-ci il təvəllüdlü Şirinov Aydın Əhəd oğlunun Kürdlər kəndinin ərazisində yaşadığı fermadakı tövlədə tapılıb.
Polis rəisi E. Qasımov onu da bildirib ki, polis əməkdaşlarının axtarışı nəticəsində, Əfətli kənd sakini Hüseynov İlham Cümşüd oğlunun fevralın 5-də oğurlanmış 13 baş qoyunu A. Şirinovun tövləsində aşkarlanıb. Tapılan mal-qara sahiblərinə qaytarılıb. Polis əməkdaşlarının fermaya gəldiyini görən Aydın Şirinov qaçaraq aradan çıxıb. Onun həyat yoldaşı Şirinova Gülnar polis əməkdaşlarını ərinin oğurluq etdiyini təsdiqləyib. Hər iki fakt üzrə cinayət işi açılıb. Aydın Şirinovun axtarışı davam edir.
Ağdam RPŞ-dən onuda bildiriblər ki, Aydın Şirinov əvvəllər Azərbaycan Respublikasının CM-nin 149.1, 150.1ci maddəsilə (zorlama, seksual xarakterli zorakılıq hərəkətləri etdiyinə görə) məhkum olub.