Ermənilər Ağdamda  daha iki mülki şəxsi yaralayıb
04 aprel 2016 19:16 (UTC +04:00)

Ermənilər Ağdamda daha iki mülki şəxsi yaralayıb

 

Ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağdamda iki mülki şəxs yaralanıb.

 

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ağdam rayonunun Hacıməmmədli kəndinə düşən mərmi kənd sakini, 1968-ci il təvəllüdlü Fikrət Quliyevin, Xındırıstan kənd ərazi nümayəndəliyinin Sarıçoban kəndinə düşən mərmilər isə 1967-ci il təvəllüdlü İlqar Cəfərovun yaralanmasına səbəb olub.

 

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-ya bildirilib ki, yaralıların həyatına təhlükə yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 311

Oxşar yazılar