Ağdam sakini mənzilində yanaraq ölüb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Sarıçoban kəndində ümumi sahəsi 168 m2 olan birmərtəbəli, 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1965-ci il təvəllüdlü Əliyev Akif Əvəz oğlunun yanmış cəsədi aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.