Ağcabədi rayonu, Mehrablı kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli evdə yanğın hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, evin 2 otaqlı evin yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 28 m2 olan qarajın yanar konstruksiyaları və qarajda olan “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 11:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.