Ağacları kəsdilər, direktor cəzalandı
19 mart 2013 11:58 (UTC +04:00)

Ağacları kəsdilər, direktor cəzalandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) ərazisində ağacların kəsilməsi barədə daxil olmuş şikayət məktubuna əsəsən,  nazirliyin və aidiyyəti  qurumlarının əməkdaşları tərəfindən  araşdırma aparılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  şikayətçi ilə əlaqə saxlanılsa da o, araşdırmada iştirakdan imtina edib.

 


Komissiyanın apardığı araşdırma zamanı Qusar MMBM-in Qusar və Hil meşəbəyliklərinin dolaylarında, ümumilikdə 34,54 m3 həcmində 150,77 manat  dəyərində 73 ədəd ağacın qanunsuz kəsilməsi faktı aşkarlanıb. Bununla əlaqədar meşə fonduna dəymiş ziyan ərazilərə cavabdeh meşə gözətçiləri tərəfindən ödənilib, Qusar MMBM-in direktoru barədə isə müvafiq  tədbir görülüb. Komissiya tərəfindən keçirilən araşdırmadan 3 gün əvvəl isə Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən xidməti ərazilərində mühafizə vəziyyətinə baxış keçirilən zaman 0,79 m3 həcmində 56,14 manat  dəyərində 14 ədəd şam ağacını qanunsuz kəsdiyinə görə təqsirkar şəxs Qusar rayon Urva kənd sakini Valerik Əhmədov barəsində akt və protokol tərtib edilərək inzibati qaydada 700 manat məbləğində cərimə olunub. Meşə fonduna dəymiş ziyanın ödənilməsinin təmin edilməsi üçün sənədlər Qusar rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225
avatar

Oxşar yazılar