Laçın rayon sakinini güllələyən şəxslər tutulub
18 aprel 2015 11:41 (UTC +04:00)

Laçın rayon sakinini güllələyən şəxslər tutulub

0

Bir nəfəri güllələməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb. Bakı Şəhər BPİ-dən Lent.az-a verilən məlumata görə, Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, aprelin 15-də saat 22:50 radələrində, Şüvəlan qəsəbəsi Gənc Kosmonavt düşərgəsində məskunlaşmış Laçın rayon sakini  Bəxtiyar Hüseynovu yaşadığı evin qarşısında odlu silahdan atəş açaraq xəsarət yetməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Abbas Arzu oğlu Dünyamalıyev və Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Elnur Gülü oğlu Xıdırov tutulub.

 

Elnur Xıdırov hadisə zamanı istifadə etdiyi lüləsi və qundağı kəsilmiş nömrəsi və istehsal ili silinmiş 16 çaplı tək lülə ov tüfəngini könüllü təhvil verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar