ABŞ-ın Ohayo ştatında baş verən yol qəzasında xəstələri daşıyan avtobus aşıb.
APA TASS-a istinadla xəbər verir ki, bu barədə Yanğından Mühafizə İdarəsinin rəisi Maykl Ramm yerli telekanala açıqlamasında bildirib.
Qəza cümə günü yerli vaxtla 10.30-da (Moskva vaxtı ilə 17.30) Toledo şəhərinə yaxın bir kənddə qeydə alınıb.
İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində avtobusun 11 sərnişini, habelə digər avtomobildə olan iki nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.