Bakı-Sumqayıt şosesində "Ər-Riyad" ticarət mərkəzinin yaxınlığında yanğın baş verib.
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Abşeron rayonu, "Ər-Riyad" ticarət mərkəzinin yaxınlığında 30 kv.m sahədə quru ot və məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililərə heç bir ziyan dəyməyib. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.