"Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna dəyişiklik edildi
24 iyun 2016 17:21 (UTC +04:00)

"Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna dəyişiklik edildi

0

“Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilib.

 

 

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dəyişiklərə əsasən qanun 1. 1-ci maddənin ikinci abzasına “digər hərəkətlər” sözlərindən sonra “(terror aktı)” sözləri əlavə edilib

 

1-ci maddənin yeddinci və doqquzuncu (hər iki halda) abzaslarında, 9-cu maddənin birinci hissəsinin 4-cü bəndində, 10-cu maddənin birinci və üçüncü hissələrində, 11-ci maddənin birinci hissəsində və 18-ci maddədə ismin müvafiq hallarında “terror aksiyaları” sözləri ismin müvafiq hallarında “terror aktları” sözləri ilə əvəz edilib.

 

1-ci maddənin yeddinci abzasında və 12-ci maddənin birinci hissəsində ismin müvafiq hallarında “terror aksiyası” sözləri “terror aktı” sözləri ilə əvəz edilib.

 

1-ci maddənin doqquzuncu abzasında “aksiyalarda” sözü “aktlarda” sözü ilə, 9-cu maddənin birinci hissəsinin 4-cü bəndində “aksiyaların” sözü “aktların” sözü ilə əvəz edilib.

 

11-ci maddənin və III Fəslin adlarında, 13-cü maddənin adında və birinci – dördüncü hissələrində “Terror aksiyaları” sözləri “Terror aktları” sözləri ilə əvəz edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar