Hacıqabul şəhəri ərazisində avtomobildən oğurluq etmiş şəhər sakini ələ keçib.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, avqustun 26-da Hacıqabul şəhəri ərazisində “Ford” markalı avtomobildən 117 manat dəyərində şampun oğurlanıb.
Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Ramil Yusifli tutulub.