(R) Hədiyyəniz Brilliantdan olacaq
05 noyabr 2013 11:36 (UTC +04:00)

(R) Hədiyyəniz Brilliantdan olacaq

 

“Dostlar Klubu”-nun yüzlərlə üzvü uduşlu lotereyada mükafatlandırılacaq!

 “Bank of Baku” daimi kredit müştəriləri olan “Dostlar klubu” üzvləri üçün “Dəyərli dostlara dəyərli hədiyyə” adlı stimullaşdırıcı tirajlı lotereyaya start verir. Lotereyada qalib gələcək 717 müştəriyə toplam olaraq 80 000 manat məbləğində “Dostlar klubu” bonusu, 6,7 karat brilliant, 440 qram qızıl, 121 ədəd suvenir-gümüş sikkə və 12500 manatlıq kupon hədiyyə olunacaq. Loterayada iştirak etmək üçün sadəcə “Dostlar klubu” üzvü olmaq və tiraja 3 iş günü qalmış tarixə qədər heç bir cari krediti üzrə gecikmədə olmaması yetərlidir.

 

Lotereya 2 tirajdan ibarətdir:

1-ci tiraj - 27 noyabr tarixində “Bank of Baku” ofisində keçiriləcək

2-ci tiraj – 14 dekabr tarixində, saat 20:00-da canlı yayımda ATV kanalında keçiriləcək.

 

Lotereyada iştirak hüququ əldə etmiş hər bir müştəriyə 6 (altı) rəqəmdən ibarət eyniləşdirmə kodu müəyyən edilir və bu kod müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsi ilə göndərilir. Hər iki tirajda iştirak hüququ əldə etmiş müştərilərin eyniləşdirmə kodu elektron bazadan, bank tərəfindən yaradılmış xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında seçiləcəkdir.

Lotereya haqqında daha ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür - http://www.bankofbaku.com/az/dostlar-klubu/dostlar-klubu-lottery.html

 

İlk tirajın qaliblərinin mükafatları - tələb irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günü ərzində onların “Dostlar Klubu” kartları üzrə müvafiq bonus hesablarına yatırılacaq.

İkinci tirajın qaliblərinə mükafatlar - tələb irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günü ərzində təqdim edilir.

 

“Dəyərli dostlara dəyərli hədiyyə” stimullaşdırıcı tirajlı lotereyanın siması xalq artisti Brilliant Dadaşova olacaq. Brilliant Dadaşova başlayan kampaniyanın promo aksiyalarında iştirak edəcək və “Dostlar klubu” üzvlərini lotereyaya  fəal şəkildə qoşulmağa səsləyəcək.

 

Daimi müştərisənsə, sən də klubun üzvü ol, lotereyada qalib olan 717 müştərimizdən biri ol! 

 

Hazırda “Bank of Baku”-nun 120.000-ə yaxın müştərisi “Dostlar Klubu”-nun üzvdür.“Dostlar Klubu” – “Bank of Baku” ilə 12 ay və daha artıq müddətdə əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik olan müştərilər üçün imtiyazlar təqdim edən bank təsisatıdır. “Dostlar Klubu”  çərçivəsində müştərilərə 3 növ kart verilir: Gümüş, Qızıl və Brilliant kartlar. “Dostlar Klubu”-na üzv olan müştərilərə xüsusi bonuslar və təcili hallar üçün xüsusi ekspress kredit xətti kimi imtiyazlar təqdim edir. Xüsusi bonuslar mobil danışıq dəqiqələri ilə əvəzlənə bilir, həmçinin kredit üzrə ödəniş komissiyasının ödənilməsinə yönləndirilə bilir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21