"Qanuni oğru"lar toplaşır: böyük "sxodka"ya hazırlıq başladı
10 aprel 2015 11:36 (UTC +04:00)

"Qanuni oğru"lar toplaşır: böyük "sxodka"ya hazırlıq başladı

 

Kriminal aləmin nümayəndələri Rusiyada bir araya gələcəklər.

 

APA TV-nin məlumatına görə, onlar bu dəfə "Qanuni oğru" Zaxari Kalaşovun başçılığı altında keçiriləcək böyük “sxodka”da iştirak edəcəklər. Məlumata görə, artıq avtoritetlər böyük "sxodka"ya hazırlığa başlayıblar.

 

Toplantıda kriminal aləmin "oğru" titulundan məhrum edilməsi nəzərdə tutulan konkret şəxslər haqda müzakirələr olacaq. "Sxodka”da 300-ə yaxın "qanuni oğru"nun iştirak edəcəyi gözlənilir.

 

Eyni zamanda Tariyel Onianinin (Taro) keçmiş və hazırkı tərəfdarları arasında nəzərdə tutulan "müharibə" haqqında müzakirələr aparılacaq.

 

Qeyd edək ki, Zaxari Kalaşov Rusiya mafiyasının Ded Xasanın ölümündən sonra boş qalmış “boslar bosu” vəzifəsini tutmağa 1 nömrəli namizəddir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 97
avatar

Oxşar yazılar