Müsavat Partiyası başqanının müşaviri 2 aylıq həbs edildi
29 iyun 2013 15:14 (UTC +04:00)

Müsavat Partiyası başqanının müşaviri 2 aylıq həbs edildi

Lənkəran rayon məhkəməsi Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Lent.az-ın məlumatına görə, hökm bir neçə dəqiqə əvvəl oxunub.

Xatırladaq ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. Kərimov bildirir ki, iyunun 25-də Sadıqlı onu döyüb. Kərimovun müraciəti KİV-də yayılıb və onun əsasında Lənkəran rayon Polis İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664
avatar

Oxşar yazılar