Salyanda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan şəhəri ərazisində “Mercedes” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub.
Toqquşma nəticəsində, “Mercedes” markalı avtomobilin sürücüsü və 3 nəfər sərnişini xəsarət alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər yaralıları nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.