Bu yaxınlarda Türkiyədə “sxodka” keçirilib və iki azərbaycanlı “qanuni oğru” titulu alıb. Bu barədə vesti.az “Praym Kraym” saytına istinadən xəbər yayıb. Saytın yazdığına görə, “taclandırma” mərasimi azərbaycanlı “qanuni oğru”, hamının “Lotu Quli” kimi tanıdığı Nadir Səlifovun ad günündə keçirilib. Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində olan “Lotu Quli” “Skype” vasitəsilə taclandırılanları təbrik edib.
“Qanuni oğru” adı isə Rafət Əlibayramskiy və Ceyhun Gəncinskiyə verilib.