<span style="color:red;">Bakıda həyəcanlı anlar:  su çəni binanın damından qopdu
06 aprel 2014 13:10 (UTC +04:00)

Bakıda həyəcanlı anlar: su çəni binanın damından qopdu

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yaşayış binasının damında su çəninin asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının damında quraşdırılmış su çəni bərkidilmiş hissədən qoparaq borulardan asılı vəziyyətdə qalıb.

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə asılı vəziyyətdə qalmış su çənini yerə endirib və yaranan təhlükəni aradan qaldırılıb.

 

Əməliyyat saat 11:07-də başa çatıb. 

# 3230
avatar

Oxşar yazılar