Biləsuvarda 3 otaqlı ev yandı
20 may 2016 22:06 (UTC +04:00)

Biləsuvarda 3 otaqlı ev yandı

0

Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Əsgərabad kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 99 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar