"Baron"nun həyat yoldaşı həbs edildi
29 noyabr 2014 16:58 (UTC +04:00)

"Baron"nun həyat yoldaşı həbs edildi

 

Nəsimi polisi  cibgir qadını şübhəli şəxs qismində  saxlayıb. 1967-ci il təvəllüdlü  Sumqayıt şəhər sakini   Esmira  Əmirova  oğurluq etdiyinə görə məsuliyyətə cəlb edilib. 

 

APA TV-nin məlumatına görə, əvvəllər 2 dəfə eyni əmələ görə məhkum olunan Esmira Əmirova  ötən ay   Nizami polis idarəsinin əməkdaşları  tərəfindən  həbs olunan  cibgirlərin baronu sayılan  1971-ci il təvəllüdlü Əmirov Sahib Əsgər oğlunu həyat yoldaşıdır.

 

Qeyd edək ki ,  Sahib Əmirov  və Esmira  Əmirova   əsasən 8 kilometr ərazisində  cibgirliklə məşğul olublar.  Ötən ay  hər ikisi  iş başında tutulsa da, sonradan Esmira Əmirova  sərbəst buraxılıb.  2 cibgirlik faktında təqsirli bilinən Əmirovanın  digər epizodlarda iştirakı istisna olunmur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2315
avatar

Oxşar yazılar