"BakuBus" 2 marşrut xəttində dəyişiklik etdi
18 mart 2016 17:48 (UTC +04:00)

"BakuBus" 2 marşrut xəttində dəyişiklik etdi

0

 

Bayram günlərində "BakuBus"a məxsus avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişəcək.

 

"BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın Lent.az-a verdiyi məlumata görə, martın 19-u bayram tədbirləri ilə əlaqədar bəzi yollarda ictimai nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacağından "BakuBus"a məxsus 2 və 14 saylı marşrut xətlərinin istiqamətləri müvəqqəti dəyişəcək: “Belə ki, 2 saylı xəttimiz Yusif Səfərov küçəsi ilə hərəkət edərək 28 May küçəsindən keçməklə Puşkin küçəsinə istiqamət alacaq, 14 saylı xəttimiz isə Xocalı prospekti-Yusif Səfərov küçəsi-28 May küçəsi boyunca hərəkət edərək 28 May metro stansiyasının önünə hərəkət istiqaməti götürəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar