[b]Yataqxanada yanğında ölənlərlə bağlı cinayət işi başlanıb[/b]
Bakıda yataqxanada baş verən yanğınla bağlı cinayət işi başlanıb.
ONA-nın məlumatına görə, Bakının Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada 2 nəfərin ölümü, 6 nəfər tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını poza, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
424