<b>Yasamalda 62 yaşlı qadının meyiti tapıldı</b>
03 may 2016 14:52 (UTC +04:00)

Yasamalda 62 yaşlı qadının meyiti tapıldı

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda yaşayan şəxsin köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, 1954-cü il təvəllüdlü Rzayeva Solmaz Yavər qızı mənzildə bağlı qapı arxasında qalıb. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş və vətəndaşı huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.

 

Əməliyyat saat 13:20-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar