[b]Xaçmazda ziyarətgah yandı[/b]
13 aprel 2016 09:50 (UTC +04:00)

[b]Xaçmazda ziyarətgah yandı[/b]

Bu gecə Xaçmaz rayonunun Yalama kəndində yerləşən Molla Əhmədbaba ziyarətgahında yanğın baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin Xudat bölməsinin bir yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülüb və daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Ümumilikdə bir otaqdan ibarət tikilinin  65 kvadratmetri yanıb. 


Hadisənin başvermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

APA Baycan

Oxşar yazılar