<b>Xaçmazda meşə zolağında yanğın söndürüldü</b> - <span style="color:red;">YENİLƏNİB
20 sentyabr 2017 20:19 (UTC +04:00)

Xaçmazda meşə zolağında yanğın söndürüldü - YENİLƏNİB

0

Xaçmazda meşə zolağında baş verən yanğın söndürülüb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında başlamış yanğın söndürülüb.

 

***

 

Xaçmazda meşə yanğınları başlayıb. Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında yanğın başlayıb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin şəxsi heyəti və texnikası hadisə rayonundadır. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar