![[b]Türkiyə Belçikaya nota verdi[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Türkiyə Belçikaya nota verdi[/b]
Belçikanın Ankaradakı səfiri Mişel Malherbe Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ona Belçikada terrorçu PKK qruplaşması ilə əlaqəsi olan şəxslərə xəbərdarlıq edilməsinin qarşısının alınmasından Türkiyənin narahat olduğu çatdırılıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Belçika Prokurorluğunun qərarına münasibət bildrərək deyib ki, Belçika Federal Prokurorluğunun PKK-nın terror təşkilatı xüsusiyyəti mövzusunda təqdim etdiyi bütün dəlillərə baxmayaraq, alınan bu qərar, mövcud halıyla, terror təşkilatlarına çox təhlükəli bir istismar sahəsi çıxarmaqdadır.
"Bu qərara qarşı Belçika Yüksək Məhkəməsinə getmə imkanı var. Türkiyə hüquq mübarizəsini qətiyyətlə təqib edəcək. Müttəfiqimiz Belçikanın terrorla mübarizə məsuliyyəti çərçivəsində hərəkət etməsini və PKK terror təşkilatına qarşı lazım olan addımları atmasını gözləyirik", deyə Aksoyun yazılı bəyanatında vurğulanır.
Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57