[b]Tovuz sakini ad günündə döyüldü[/b]
12 iyun 2017 20:56 (UTC +04:00)

[b]Tovuz sakini ad günündə döyüldü[/b]

0

Tovuzda döyülmə faktı qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Düzqırığlı kənd sakini, 1991-ci il təvəllüdlü Əli Seyidov müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

 

Ə.Seyidovun dediyinə görə, o, tanışları tərəfindən ad günü məclisində döyülüb.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar