
Piyadanı vurub qaçan sürücü tutuldu
Tərtər rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 1-də saat 22 radələrində Tərtər rayonunun Poladlı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Məhər Hüseynov vurulub və nəticədə hadisə yerində ölüb.
Tərtər Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mamırlı kənd sakini Hüseyn Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Tərtər RPŞ-də araşdırma aparılır.
Oxşar yazılar

Dəhşət: Dörd yaşlı uşaq kanalda boğulub öldü
22 aprel 2025 , 22:16
Abşeronda məktəb yaxınlığında DƏHŞƏT: gənc oğlan özünü öldürdü
22 aprel 2025 , 19:33
Ruben Vardanyanın məhkəməsində mina terrorunun qurbanları danışdı: Bir gündə iki oğlumu itirdim
22 aprel 2025 , 19:24
Dövlətə xəyanətdə ittham olunan İvan Svetliçnıyə hökm oxundu
22 aprel 2025 , 18:37
Adil Qeybulla Tofiq Yaqublunu yenidən müayinə etdi
22 aprel 2025 , 18:13
Polis polkovniki faciəli şəkildə öldü
22 aprel 2025 , 17:30
Zərdablı Pəhlivan özünü asdı
22 aprel 2025 , 17:16