[b]Təhvil verilən və alınan məhkumların sayı açıqlandı[/b]
2018-ci ildə xarici ölkələrin məhkəmə qərarlarının tanınması və icra olunması, cinayət işləri və s. məsələlər üzrə hüquqi yardım, ekstradisiya ilə bağlı 20 327 sorğunun icrası üzrə tədbirlər görülüb.
ONA-nın xəbərinə görə, bu Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında yer alıb.
Bildirilib ki, cəzalarının qalan hissəsini öz ölkəsində çəkmək üçün 24 məhkumun təhvil verilməsi və alınması həyata keçirilib.
Sənəddə o da qeyd olunub ki, ötən il səlahiyyət müddəti bitmiş 71 hakimin və 7 məhkəmə sədrinin fəaliyyəti qiymətləndirilib: “Vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilib, 4 məhkəmə sədri aşağı işə keçirilib”.
489