[b]Sürücü öz avtobusunun altında qalaraq öldü[/b]
13 iyun 2017 21:35 (UTC +04:00)

[b]Sürücü öz avtobusunun altında qalaraq öldü[/b]

Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Bakı prospektində qeydə alınıb. Gəncə səhər sakini, 1965-ci il təvəllüdlü Vahid Mahir oğlu İbrahimov idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusunu yol kənarındakı restoranlardan birinin qarşısında saxlayıb. Avtobusun təkərində yaranmış nasazlığı aradan qaldırmaq məqsədi ilə maşını avtokran vasitəsi ilə qaldırıb. Ehtiyatsızlıq nəticəsində avtomobil V. İbrahimovun üstünə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar