[b]Somalidə öldürülən azərbaycanlının meyiti sabah Bakıya gətiriləcək[/b]
01 aprel 2016 14:25 (UTC +04:00)

[b]Somalidə öldürülən azərbaycanlının meyiti sabah Bakıya gətiriləcək[/b]

0

Ötən gün Somalidə silahlı hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Kəmalə İsmayılovanın meyitinin sabah ölkəyə gətirilməsi planlaşdırılır.

 

Lent.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə onun həyat yoldaşı Əflatun İsmayılovun qohumu  məlumat verib.

 

O, bildirdi ki,  Somalidən Türkiyəyə birbaşa təyyarə reysi olmadığı üçün Kəmalə İsmayılovanın meyiti  Keniyaya aparılır. “Oradan isə Türkiyənin  İstanbul şəhərinə gətiriləcək. Sabah günorta saatlarında İstanbul, oradan isə Bakıya gətiriləcək”.

 

Həyatını itirən Kəmalə İsmayılovanın həyat yoldaşı da dəfn mərasimində iştirak etmək üçün Bakıya gəlir. Amma onun uşaqları - Nihad və Nicat hələ ki, xəstəxanada müalicə olunurlar.   Kəmalə İsmayılova aprelin 3-də dəfn ediləcək.

 

Silahlı hücumda həyatını itirən 34 yaşlı Azərbaycan vətəndaşı  Kəmalə İsmayılova Mingəçevirdə müəllimlər institunu bitirib. Həyat yoldaşı Əflatun İsmayılov isə Türkiyədə təhsil alıb.

 

Turizm sektorumdan çalışan Əflatun İsmayılov  Türkiyə-Rusiya münasibətləri pisləşdikdən  sonra işləri yaxşı olmadığı üçün  Somaliyə köçüb. Əflatun İsmayılov orada Türk Hava Yollarında, həyat yoldaşı isə müəllimə işləyirdi.

Somalinin paytaxtı Moqadişo şəhərində ötən gün Türkiyə səfirliyinin yaxınlığında məktəb mikroavtobusu atəşə tutulub.  Nəticədə altı nəfər həyatı itirib. Ölənlərdən ikisi Türkiyə, biri Azərbaycan, üçü isə Somali vətəndaşları olub.

Hücumun Əl- Qaidənin bir qolu olan  "Aş-Şabab" radikal qruplaşmasının həyata keçirdiyi ehtimal edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 225

Oxşar yazılar