<b>Şirvanda kişi "laqonda" ilə barmaqlarını kəsdi </b>
08 may 2016 00:05 (UTC +04:00)

Şirvanda kişi "laqonda" ilə barmaqlarını kəsdi

0

Şirvan sakini elektrik kəsici aləti ilə ayaq barmaqlarını kəsib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb. Həmin qəsəbənin sakini, 1980-ci il təvəllüdlü Abdullayev Elşən Musayel oğlu elektrik kəsici aləti ilə işləyərkən ehtiyatsızlıqdan ayaq barmaqlarını kəsib. Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə daxil olan yaralının sağ ayaq pəncəsinin 3 barmağı amputasiya edilib.

 

Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar