<b>Şəmkirdə “VAZ 2107” 11 yaşlı uşağı vurub öldürdü</b>
14 iyun 2017 21:30 (UTC +04:00)

Şəmkirdə “VAZ 2107” 11 yaşlı uşağı vurub öldürdü

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Seyfəli kəndində qeydə alınıb.

 

1992-ci il təvəllüdlü Suliddin Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2006-cı il təvəllüdlü Taleh Şərifovu vurub.

 

Hadisə nəticəsində ağır xəsarət alan 11 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar