[b]Şəkidə uşaq hovuza yıxılaraq komaya düşdü[/b]
15 iyun 2017 23:20 (UTC +04:00)

[b]Şəkidə uşaq hovuza yıxılaraq komaya düşdü[/b]

0

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saatlarında Şəki şəhər Bilallar küçəsi ev 10 ünvanında yaşayan,  2009-cu il təvəllüdlü Ayxan Qurban oğlu Əzizli hələ ki istintaqa məlum olmayan səbəbdən “Marxal” istirahət mərkəzinin hovuzuna yıxılıb. Hadisədən sonra 8 yaşlı Ayxan Əzizli Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

Şəki MRX-dan APA-ya bildirilib ki, epilepsiya xəstəliyindən əziyyət çəkən Ayxan Əzizliyə sudaboğulma diaqnozu qoyulub. Komatoz  halda olan Ayxan Əzizlinin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar