<b>Ordumuzun şəhid olan hərbçiləri dəfn edilib -</b> <span style="color:red;">YENİLƏNİB
05 aprel 2016 18:10 (UTC +04:00)

Ordumuzun şəhid olan hərbçiləri dəfn edilib - YENİLƏNİB

Azərbaycan Ordusunun düşmənin təxribatının qarşısını alarkən həlak olan əsgəri, 1993-cü il təvəllüdlü Vüqar Natiq oğlu Süleymanov doğulduğu Şəki rayonunun Böyük Dəhnə kəndində torpağa tapşırılıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

 

Dövlət himni səsləndirildikdən və yaylım atəşi açılandan sonra şəhid torpağa tapşırılıb.

 

 

16:49

Ötən gün cəbhədə erməni hücumunun qarşısını alarkən şəhid olan hərbçi, 1983-cü il təvəllüdlü kapitan Quliyev İnqilab Çingiz oğlu bu gün Gəncə Şəhidlər xiyabanında dəfn edilib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, böyük izdiham yaşanan mərasimdə  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və şəhidin hərbçi yoldaşları da iştirak edib.

 

Mərasimdə “Şəhidlər ölməz, Vətən bölünməz!”, "Qarabağ bizimdir, bizim olacaq!", "Ar olsun erməniyə!", "Yaşasın Azərbaycan!" kimi şüarlar səslənib.

 

Azərbaycanın Dövlət himni səsləndikdən, yaylım atəşindən sonra şəhid dəfn edilib.

 

Şəhidin tabutunun büründüyü Azərbaycan bayrağı atasına təqdim olunub.

 

Şəhid kapitan Quliyev İnqilab Çingiz oğlunun iki azyaşlı övladı var.

 

 

 

14:23

 

 

Azərbaycan ordusunun şəhid olan əsgəri, 1997-ci il təvəllüdlü Cəbrayılov Ömər Məzahir oğlu bu gün doğulduğu Ağdaş rayonunda dəfn edilib. APA-nın yerli bürosunun xəbərinə görə, şəhid ÖmərCəbrayılov Ağdaş rayonunun Şəkili kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Ağdaş Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon sakinləri də iştirak edib. Dəfn mərasimində  “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.


Mərasimdə şəhidin atası Məzahir Cəbrayılov oğlu ilə fəxr etdiyini bildirib. Şəhidin qardaşı, Şəkili kənd orta məktəbinin 9-cu sinif şagirdi MusaCəbrayılov qardaşı Ömərlə qurur duyduğunu, iki ildən sonra hərbi xidmətə gedərək düşmənlərdən qardaşının qisasını alacağını bildirib.

 

Qeyd edək ki, şəhid Ömər Cəbrayılov bu il yanvarın 4-də Ağdaş rayonundan hərbi xidmətə yola salınıb.

 

***

 

Azərbaycan Ordusunun cəbhə xəttində gedən döyüşlərdə həlak olan hərbi qulluqçuları dəfn edilib.

 

APA-nın xəbərinə görə, polkovnik-leytenant Orucov Raquf Cahangir oğlu və müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu Məmmədov Murad Vaqif oğlunun dəfn mərasimi Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında keçirilib.

 

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin hərbçi yoldaşları iştirak edib.

 

Şəhidlər yaylım atəşi açılandan sonra torpağa tapşırılıb.

 

Qeyd edək ki, əslən Biləsuvar rayonundan olan Məmmədov Murad Vaqif oğlu 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.

 

Polkovnik-leytenant Orucov Raquf Cahangir oğlu isə 1972-ci ildə Ağdam rayonunda anadan olub.

 

Aprelin 4-də gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 23 yaşlı Hüseyn Zeynal oğlu Dəmirli Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimində rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin zabit və əsgərləri, ictimaiyyət nümayəndələri, yerli sakinlər iştirak ediblər.

 

Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

 

Ermənilərlə döyüşdə şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 27 yaşlı Qaibov Elvin Sədrəddin  oğlu isə bu gün doğulduğu Xaçmaz  rayonunun Əbilyataq kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçinin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.

 

Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna çəkilən Azərbaycan bayrağı Elvin Qaibovun atasına təqdim edilib.

 

Bir övladı olan Elvin Qaibov ailəsi ilə birlikdə cəbhə zonasında yaşayırmış.

13:40

Azərbaycan Ordusunun şəhid olmuş giziri dəfn olunub.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, düşmənin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun giziri, 1992-ci il təvəllüdlü Orxan Kazım oğlu Hümbətov doğulduğu Şəki rayonunun Kiş kəndində torpağa tapşırılıb.

 

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488
avatar

APA Baycan

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21