Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli Əfqanıstana ezam olunub. Lent.az-ın məlumatına görə, əməkdaşımız artıq Əfqanıstandadır və Kabil şəhərindəki otellərdən birində məskunlaşıb. O, Əfqanıstanda ilk dəfə müstəqil şəraitdə keçiriləcək prezident və bələdiyyə seçkilərini müşahidə edəcək. Səfər çərçivəsində Səbuhi Məmmədli illər əvvəl Əfqanıstana köç etmiş azərbaycanlıların həyatı və bu ölkədəki hazırkı durum haqqında reportajlar hazırlayacaq.
Qeyd edək ki, Səbuhi Məmmədli ilə birgə APA TV-nin operatoru Fuad Kərimov da Əfqanıstana gedib. Maraqlı reportajları yaxın günlərdə Lent.az-da oxuyub-izləyə bilərsiniz.